Cihan Özkara: Sivasspor Avropa Liqasının qrup mərhələsinə düşmək istəyir
14 мая 2014 15:11
Millimizin hücumçusu Cihan Özkara, həmçinin, onun komanda yoldaşı Fatih Kıran Buruciye mədrəsəsində təhsil alanlarla görüşüblər. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özkara görüş zamanı ilk növbədə, təhsil alanlara birbaşa müraciətlə bunları söyləyib:
“Ən əsası, inamdır. Biz öz arzularımız və məqsədlərimizi həyata keçirə biləcəyimizə inanmalıyıq. Məsələn, mən nə istədiyimi və nəyə qadir olduğumu bilirəm. Hər kəs istədiyinə nail ola bilər, təki bunun üçün gücə olsun. Mən istərdim ki, mənim universitet həyatım olsun. Ancaq mənim futbolum var”.
Hücumçumuz həmçinin, cari mövsümdə “Sivasspor”da çıxışı və komandanın qarşıdakı məqsədləri haqda danışıb: “Bu mövsüm bizim üçün həqiqətən də, uğurlu alındı. Biz həm öz məqsədimizə çatdıq, həm də yarış cədvəlinin zirvəsindəki yerlər uğrunda mübarizə apardıq. Əla oyunlar keçirdik. Belə oyunlarda biri “Beşiktaş”la oyun oldu ki, mən bunu heç zaman unutmayacağam. Doğma divarlar arxasında biz möhtəşəm qələbə qazandıq. Avropa Liqasında özümüzə yeri təmin edə bildik. Bizim məqsədimiz, əlbəttə ki, bacardıqca irəli getməkdir. İlk növbədə, qrup mərhələsinə çıxmaq lazımdır. Mövsüm hələ tamam başa çatmayıb və bu səbəbdən, Avropa Liqasında hansı mərhələdən mübarizəyə başlayacağımız məlum deyil. İnşallah, qrupa düşməyi bacaracağıq”.