Emin Mehdiyev: Sumqayıt müqayiləyə qarşılıqlı razılıq əsasında xitam verməli idi
"Sumqayıt"ın müdafiəçisi Emin Mehdiyev öz işinə qeyri-peşəkar yanaşdığı üçün klub rəhbərliyi tərəfindən müqaviləsinə xitam verilib. Azerisport.az saytına açıqlama verən futbolçu bu qərara münasibət bildirib:
"Mənim heç bundan xəbərim yox idi. Özüm də səhər oxudum. Məndən niyə belə imtina etdiklərinin səbəbini özüm də bilmirəm. Meydanda həmişə komanda üçün maksimum faydalı olmağa çalışmışam. Hansı qeyri-peşəkarlıqdan söhbət gedir, anlamıram. Bu gün gedib klub rəhbərliyi ilə söhbət edəcəyəm. Nəzərə alsaq ki, mənimlə müqaviləyə birtərəfli qaydada xitam veriblər, qalan borcu tələb edəcəyəm. Çünki mən də müqaviləyə görə vergi ödəyirəm. Müqaviləni qarşılıqlı razılıq olmadan bu cür ləğv etmək olmaz. Klub məni əvəzedici heyətə göndərə bilər, amma müqaviləyə əsasən pulumu almalıyam. Gələcəkdə klubsuz qalacağımı düşünmürəm. Amma bunun üçün ilk növbədə formamı qorumalıyam".