Oriflame qadın tennisini daha da gözəlləşdirdi
3 августа 2012 12:24

“Baku Cup-2012” turniri ilə bağlı təşkil olunan mətbuat konfransında Orifleym şirkətinin Satış və Marketinq üzrə meneceri Ziya Rəhbərli Qadın tennis assosiasiyası ilə əməkdaşlığın insanları daha da ruhlandırdığını vurğulayıb:
“2011-ci ilin əvvəlində biz WTA ilə əməkdaşlığımızı elan etdik. Azərbaycanın əsas tennis turnirinə sponsorluq isə qlobal əməkdaşlıq çərçivəsində vacib layihələrdən biri oldu. Tennisçi qadınların qələbələri böyük əmək və qələbəyə gedən yolda inanılmaz iradə sayəsində əldə olunur. Onlara baxarkən milyonlarla insan əmin olur ki, uğura gedən yolda mümkün olmayan heç bir şey yoxdur. Qadın tennis assosiasiyasını və Orifleym şirkətini qadınlara ən yaxşısı olub, arzularını gerçəkləşdirmək imkanını bəxş etmək həvəsi birləşdirir”.
“Baku Cup-2012” turnirinin direktoru Leyla Mesxi bu idman yarışını təkcə Azərbaycanda deyil, həm də beynəlxalq arenada böyük tennis hadisəsi adlandırdı. Eyni zamanda turnirin sponsoru olan Orifleym şirkəti ilə gələcək əməkdaşlıq planlarından danışdı:
“Tennis – Azərbaycanda hazırda sürətlə inkişaf edən idman növlərindən biridir, “Baku Cup” isə - təkcə Azərbaycanın tennis aləmində deyil, həm də beynəlxalq arenada da böyük hadisədir. Artıq iki ildir ki, Orifleym beynəlxalq şirkəti Qadın tennis assosiasiyası ilə əməkdaşlıq edir və biz bu əməkdaşlığa çox şadıq. Bilirəm ki, həm bizim idmançı qızlarımız, həm də Orifleym bu əməkdaşlıqdan müsbət təcrübə qazanmışdır. Sonrakı layihələrin daha da uğurlu olacağına əminəm”.
Konfransda qadın tennisini təmsil edən Olqa Puçkova bu il 45 yaşını qeyd edən Orifleym şirkətinə təbriklərini çatdırdı:
“Bu mətbuat konfransında iştirak etdiyimə görə çox şadam və fürsətdən istifadə edib Orifleym şirkətini 45 yaşı tamam olması münasibəti ilə təbrik edirəm!
Biz kortda maksimal nəticələr əldə etməyə çalışırıq, lakin eyni zamanda özümüzə ayrılan şəxsi vaxtı unutmuruq. Çünki hər bir qadının arzusu gözəl görünmək, kiçik və böyük arzularını həyata keçirərək, həyatdan zövq almaqdır. Orifleym şirkətinin bizim idman növünü dəstəkləməsi çox müsbət haldır. Daha vacibi isə odur ki, Orifleym bütün dünyada qadınları ilhamlandırır, onlara gözəl görünmək, müstəqil və uğurlu olmaq imkanı yaradır”.