Noyabr ayının ən yaxşı futbolçusu bəlli oldu
6 dekabr 2011 12:30
Noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Flavinyo ötən ayın ən güclü futbolçusu seçilib.
Son ölkə çempionu “Neftçi”nin yarımmüdafiəçisi respondentlərin 38 faizlik səs çoxluğunu (222 səs) qazanıb. Qeyd edək ki, braziliyalı oyunçu bu mövsümdə ilk dəfədi ki, ən yaxşı adını qazanır.
Flavinyonun ən yaxın izləyicisi “Qarabağ”ın hücumçusu Rauf Əliyev olub. Ağdam klubunun və millimizin gənc forvardı səslərin 17 faizini toplaya (101 səs) bilib.
Üçüncü yeri isə “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 15 faiz (86) səs toplayıb.