Fevral ayının ən yaxşı futbolçusu bəlli oldu
8 mart 2012 02:55
Fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Flavinyo ötən ayın ən güclü futbolçusu seçilib.
Son ölkə çempionu “Neftçi”nin yarımmüdafiəçisi respondentlərin 35 faizlik səs çoxluğunu (296 səs) qazanıb. Qeyd edək ki, braziliyalı oyunçu bu mövsümdə artıq ikinci dəfədi ki, ən yaxşı adını qazanır. Flavinyo, noyabr ayında da saytımızın sorğusuna əsasən ən yaxşı adına layiq görülmüşdü.
Flavinyonun ən yaxın izləyicisi “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev olub. Lənkəran klubunun və millimizin üzvü səslərin 23 faizini toplaya (193 səs) bilib.
Üçüncü yeri isə “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 21 faiz (176) səs toplayıb.