Ukraynalılar Azərbaycanda təlim-məşq toplanışı keçəcəklər
30 iyul 2011 01:16

Dnepropetrovsk Alpinizm və Qayayadırmaşma Federasiyasının prezidenti Vladimir Xitrikov başda olmaqla bir qrup ukraynalı alpinist Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, ukraynalı alpinistlər Azərbaycan idmançıları ilə birlikdə təlim-məşq toplanışı keçirəcəklər.
Xatırladaq ki, bu, xarici ölkə alpinistlərinin Azərbaycanda ilk toplanışıdı. İki həftə davam edəcək toplantı Şahdağ milli parkının ərazisində keçiriləcək.