Alpinistlərimiz Savalanı fəth edəcəklər
28 noyabr 2013 12:10
Azərbaycan alpinistləri yerli federasiyanın rəhbəri İsrafil Aşurlu ilə birgə Arazın o tayına səfərdədir. Azerisport.az xəbər verir ki, milli komandamızın İrana səfərinin məqsədi Savalan dağ silsiləsinin zirvələrini fəth etməkdir.
Yürüşə cənub qonşumuzun təmsilçilərinin də qoşulması gözlənilir.