“Çok büyüksün QARDAŞ”
3 сентября 2011 02:03

Azərbaycanın Belçikadan xal alması Türkiyədə böyük sevinclə qarşılanıb. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmasının əsas rəqibini Bakıda büdrədən millmiz Türkiyənin Avropa çempionatının final mərhələsinə vəsiqə şansını artırıb.
Bu da Türkiyə mediasının diqqətindən yayınmayıb. Qardaş ölkə mətbuatı bu xəbəri manşetdə yayımlayıb və Belçikanın büdrədilməsini "qardaş dəstəyi" kimi dəyərləndirib. Həmin başlıqlardan bəziləri ilə sizi də tanış edirik:
milliyət.com.tr: "Helal olsun sana "Kardeş"
ligtv.com.tr: "Sağol Gardaş!"
sporx.com: "Çok büyüksün "QARDAŞ"
mackolik.com: "Azerbaycandan Belçikaya Çelme!"
fanatik.com.tr: "Kardeş kıyağı: 1-1"
internetspor.com: "Mill Futbol Takımımıza müjdeli haber"
goal.com/tr: “Kardeş hediyesi: 1-1”
ajansspor.com: “Belçika'nın Azerbay''CAN''ı çıktı!”