Qarabağı vahid lider edən tur
28 октября 2013 00:06

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur geridə qaldı. Hesabat turu çempionatın vahid liderinin müəyyənləşməsi ilə yadda qaldı.
İlk oyun günündə “Qəbələ” doğma divarlar arasında çempionatın aşkar autsayderi “Sumqayıt”ı qəbul etdi. Aqil Məmmədovun komandası ilk dövrədə gözlənilmədən “Qəbələ”yə qalib gəlsə də, bu oyunda xal qazanması inandırıcı görünmürdü. Gözlənildiyi kimi, Yuri Syominin yetirmələri həmin məğlubiyyətin qisasını almağı bacardılar. Bu qələbə həm də bölgə təmsilçisini müvəqqəti də olsa, liderlik pilləsinə otuzdurdu.
“Bayıl Arena”da keçirilən paytaxt derbisində “Rəvan” “Bakı” ilə qarşılaşdı. Bu görüşdə “zolaqlılar”ın qələbə qazanmaq şansları yüksək qiymətləndirilsə də, Milinko Pantiçin komandası bu istəyinə çata bilmədi. “Neftçi” ilə oyundakı debütündə xalsız qalan Şahin Diniyev nəhayət digər paytaxt təmsilçisi ilə görüşdə ilk xalını qazanaraq “siftə” etdi. “Bakı” isə elə itirə-itirə gedir və nə qədər qəribə olsa da, komandanın serbiyalı çalışdırıcısı bütün bu uğursuzluqlara görə yalnız hakimləri qınamaqda davam edir.
İkinci oyun günündə bir görüş baş tutdu. Digər paytaxt derbisində AZAL öz evində “İnter”i qonaq etdi. Cari mövsümü bərbad keçirən “bankirlər”in bu oyunda şansları yüksək qiymətləndirilmirdi. Amma Vaqif Sadıqovun komandası bu görüşdə daha pis təsir bağışlayaraq, “İnter”in iki cavabsız qolla qələbə qazanmasına “yardımçı oldu”. Lakin bu qələbənin bank təmsilçisinin dərdinə nə dərəcədə dərman olacağı hələlik sual altındadı. Çünki bu komanda əvvəlki qələbələrinin də davamını gətirə bilməmişdi. “Təyyarəçilər” isə hələ də qeyri-sabit qrafik cızmaqda davam edirlər.
Son oyun günündə daha iki mühüm qarşılaşma baş tutdu. Bunlardan biri “Şəfa” stadionunda “Simurq”la “Neftçi” arasında keçirildi. Paytaxt klubu yeni baş məşqçisi Nazim Süleymanovun rəhbərliyi altında debüt matçına çıxmışdı. Zaqatala şəhər stadionunda aparılan təmir işləri ucbatından uzun müddətdi rəqiblərini Bakıda qəbul edən “Simurq” isə rəqibin yeni baş məşqçisi ilə debütünü korlamağı hədəfləmişdi. Georgi Çixradzenin yetirmələri bu istəyinə qismən də olsa, çatdı. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilmədilər. Nəticədə, Süleymanov ilk oyununda 1 xalla kifayətlənməli oldu. Amma bu, “Neftçi”nin liderliyi əldən verməsiylə nəticələndi.
Turun qapanış və mərkəzi oyununda isə “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ın qonağı oldu. Cənub klubu bir neçə gün öncə Super Kubokda əzəli rəqibi “Neftçi”yə qalib gəldiyindən çoxları bu komandanın Ağdam təmsilçisi ilə görüşdə də uğur qazanacağına ümidli idi. Amma Qurban Qurbanovun komandası Lənkərandakı görüşdə rəqibini üç cavabsız qolla məğlub edərək əbəs yerə çempionluğa iddialı olmadığını isbatladı. Bu qələbə ağdamlıları çempionatın vahid liderinə çevirdi. Doğma azarkeşlərinin gözü qarşısında biabır olan Con Toşakın komandası isə deyəsən bu gedişlə mövsümün sonuna kimi qeyri-sabit çıxışına davam edəcək.
Topaz Premyer Liqası
11-ci tur
QƏBƏLƏ – SUMQAYIT – 2:0
Qollar: Daniel Subotiç, 24, Dodo, 63.
Sarı vərəqələr: İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti); Nikola Valentiç, 36 (qeyri-idman hərəkəti) - Bəxtiyar Həsənalızadə, 9 (qeyri-idman hərəkəti); Adil İbrahimov, 37 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 67 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 2 dəq.
25 oktyabr 2013. Qəbələ şəhər stadionu. 500 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 6. Vladimir Levin (k), 9. Viktor Mendi (22. Assis Rodriqes, 73), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 33. Elvin Camalov (88. Müşfiq Teymurov, 60), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (10. Dodo, 46).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 11. Yannik Kamanan, 21. Elmar Baxşıyev, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
Baş məşqçi: Yuri Syomin.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad (86. Elşən Abdullayev, 66), 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov (9. Orxan Əliyev, 74), 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur (27. Nurlan Novruzov, 81), 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Samir Abasov, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov.
Baş məşqçi: Aqil Məmmədov.
RƏVAN – BAKI – 0:0
Sarı vərəqələr: İvan Pexa, 35 (qeyri-idman hərəkəti); Aqil Nəbiyev, 45 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 60 (bilərəkdən əl ilə oyun); Ramazan Abbasov, 67 (oyunun bərpasını gecikdirdiyinə görə); Lukaş Sapela, 82 (oyunun bərpasını gecikdirdiyinə görə) - Lukas Mario Horvat, 55 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov,Azər Əsgərov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə -1 dəq.; II hissədə - 4 dəq.
25 oktyabr 2013. Bakı. “Bayıl Arena”. 300 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 38. İvan Pexa, 5. Aqil Nəbiyev, 30. Cəmşid Məhərrəmov, 21. Novruz Məmmədov (k), 40. Mişel Balokoq, 6. Ceyhun Cavadov, 27. Rəşad Abdullayev (8. Frederik Holster, 90+4), 17. Ramazan Abbasov (19. Hüseyn Axundov, 83), 23. Kristian Torres (9. Elnur Abdulov, 90), 14. Xuan Manuel Varea.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 24. Yamin Ağakərimzadə, 11. Kamil Nurəhmədov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Bakı: 25. Elxan Əhmədov, 4. Pedro Mario Alvares, 17. Risto Ristoviç, 3. Yure Travner, 12. Etto, 6. Vadim Abdullayev, 23. Lukas Mario Horvat (19. Marius Pena, 79), 7. Əfran İsmayılov (10. Aleksandar Soliç, 68), 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 73), 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 30. Vüqar Bəybalayev, 2. Deyvidas Çesnauski, 15. Alberto Noquera.
Baş məşqçi: Milinko Pantiç.
AZAL – İNTER – 0:2
Qollar: Baçana Sxadadze, 68, Asif Məmmədov, 83.
Sarı vərəqələr: Aleksandr Şemonayev, 49 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 65 (qeyri-idman hərəkəti) - Derlis Meza Kolli, 53 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
26 oktyabr 2013. Bakı. “AZAL Arena”. 200 tamaşaçı.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (30. Yuri Fomenko, 71), 8. Qərib İbrahimov (5. Murad Ağayev, 68), 10. Con Oluremi (16. Freddi Borq, 83), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 14. Habil Nurəhmədov, 21. Rey Məmmədbəyli, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites, 11. Asif Məmmədov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov (7. Ruslan Əmircanov, 60), 28. Baçana Sxadadze (22. İlço Naumoski, 75), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev (14. İlqar Ələkbərov, 84), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 9. Aleksandr İaşvili.
Baş məşqçi: Kaxaber Sxadadze.
SİMURQ – NEFTÇİ – 0:0
Sarı vərəqələr: Nicat Qurbanov, 88 (qeyri-idman hərəkəti) - Mahir Şükürov, 72, (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
27 oktyabr 2013. Bakı. “Şəfa” stadionu. 450 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 15. Stepan Polyak (30. Raul Kostin, 70), 18. Tural Axundov, 19. Orxan Səfiyaroğlu (16. Məhərrəm Hüseynov, 61), 22. Salif Ballo, 28. Nenad Kiso, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov, 62. Cavad Kazımov, 66. Ruslan Getman.
Baş məşqçi: Georgi Çixradze.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov (90. Ernest Nfor, 63), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (28. Emin Mehdiyev, 69), 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 13. Vasif Əliyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Nazim Süleymanov.
XƏZƏR LƏNKƏRAN – QARABAĞ – 0:3
Qollar: Reynaldo Silva, 22; 64, Nikolas Gelaşvili, 75.
Matçın 83-cü dəqiqəsində Etame Mbilla penaltidən yararlana bilməyib.
Sarı vərəqələr: Zohair Benuahi, 54 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 62 (qeyri-idman hərəkəti) - Bədavi Hüseynov, 63 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
27 oktyabr 2013. Lənkəran şəhər stadionu. 7500 tamaşaçı.
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 90+2), 11. Zohair Benuahi (8. Edu Oriol, 61), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (97. Elnur Cəfərov, 79).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 12. Junior Nildo, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deyvid Sakkoni.
Baş məşqçi: Con Toşak.
Qarabağ: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva (10. Muarem Muarem, 84), 11. Ulrix Kapolonqo (99. Nikolas Gelaşvili, 61), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov (18. İlqar Qurbanov, 79), 70. Çumbinyo.
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 7. Namiq Yusifov, 15. Toğrul Bilallı, 41. Corc Leroy.
Baş məşqçi: Qurban Qurbanov.
1 | Qarabağ | 11 | 7 | 3 | 1 | 20 | 4 | +16 | 24 |
2 | Neftçi | 11 | 6 | 4 | 1 | 14 | 7 | +7 | 22 |
3 | Qəbələ | 11 | 7 | 1 | 3 | 17 | 9 | +8 | 22 |
4 | AZAL | 11 | 4 | 3 | 4 | 11 | 15 | –4 | 15 |
5 | Bakı | 11 | 4 | 3 | 4 | 18 | 12 | +6 | 15 |
6 | Simurq | 11 | 3 | 5 | 3 | 9 | 9 | 0 | 14 |
7 | İnter | 11 | 4 | 1 | 6 | 18 | 16 | +2 | 13 |
8 | XL | 11 | 3 | 4 | 4 | 9 | 13 | –4 | 13 |
9 | Rəvan | 11 | 1 | 4 | 6 | 5 | 21 | –16 | 7 |
10 | Sumqayıt | 11 | 1 | 2 | 8 | 5 | 20 | –15 | 5 |
Bombardirlər:
5 - Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ)
4 - Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Bahodir Nasimov (Neftçi), Baçana Sxadadze (İnter).