Atletiko da 1/8 finalda, Barsa Milana qalib gəldi
7 ноября 2013 01:35

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutub.
E qrupunda liderlər - "Çelsi" və "Şalke" İngiltərədə üz-üzə gəlib. London klubu evdə darmadağına imza ataraq ən yaxın izləyicisini 3 xal geridə qoyub. Qrpun digər oyununda "Bazel"lə "Styaua" sülhə razılaşıb.
F qrpunda Dortmund "Borussiya"sı "Arsenal"ı qəbul edib. London təmsilçisi səfər matçında minimal hesablı qələbə qazanaraq liderliyi ələ keçirib. "Napoli" isə dramatik matçda Marsel "Olimpik"inə qalib gəlib.
G qrupunda lider "Atletiko" autsayder "Austriya"nı 4 cavabsız qolla yenib. Bununla da Madrid klubu "Bavariya" və "Mançester Siti"dən sonra 1/8 finala vəsiqə qazanan üçüncü komanda olub. Qrupun digər oyununda "Zenit" "Portu" ilə sülh bağlayıb.
G qrupunda Çempionlar Liqasının ən maraqlı qarşılaşmalarından biri baş tutub. Belə ki, "Barselona" "Milan"ı qəbul edib. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfə isə "Barsa" rəqibinə şans verməyib - 3:1. Qrupun digər oyununda "Ayaks" "Seltik"ə minimal hesabla qalib gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur
6 noyabr
E qrupu
Çelsi (İngiltərə) - Şalke (Almaniya) - 3:0
Qollar: Eto`O, 31; 54, D.Ba, 83.
Bazel (İsveçrə) - Styaua (Rumıniya) - 1:1
Qollar: Sio, 90+2 - Pyovakkari, 17.
1 | Çelsi | 4 | 3 | 0 | 1 | 11 | 2 | +9 | 9 |
2 | Şalke | 4 | 2 | 0 | 2 | 4 | 6 | –2 | 6 |
3 | Bazel | 4 | 1 | 2 | 1 | 4 | 4 | 0 | 5 |
4 | Styaua | 4 | 0 | 2 | 2 | 2 | 9 | –7 | 2 |
F qrupu
Napoli (İtaliya) - Olimpik (Marsel, Fransa) - 3:2
Qollar: G.İnler, 22, İquayn, 24; 75 - Ayev, 10, Tauvin, 64.
Borussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə) - 0:1
Qol: Remzi, 62.
1 | Arsenal | 4 | 3 | 0 | 1 | 6 | 3 | +3 | 9 |
2 | Napoli | 4 | 3 | 0 | 1 | 7 | 6 | +1 | 9 |
3 | Borussiya D | 4 | 2 | 0 | 2 | 6 | 4 | +2 | 6 |
4 | Olimpik M | 4 | 0 | 0 | 4 | 4 | 10 | –6 | 0 |
G qrupu
Zenit (Rusiya) - Portu (Portuqaliya) - 1:1
Qollar: Halk, 28 - Qonsales, 23.
Atletiko (İspaniya) - Austriya (Avstriya) - 4:0
Qollar: Miranda, 11, R.Qarsiya, 25, Felipe, 45, D.Kosta, 82.
1 | Atletiko M | 4 | 4 | 0 | 0 | 12 | 2 | +10 | 12 |
2 | Zenit | 4 | 1 | 2 | 1 | 3 | 4 | –1 | 5 |
3 | Portu | 4 | 1 | 1 | 2 | 3 | 4 | –1 | 4 |
4 | Austriya | 4 | 0 | 1 | 3 | 0 | 8 | –8 | 1 |
H qrupu
Ayaks (Hollandiya) - Seltik (Şotlandiya) - 1:0
Qol: Skone, 51.
Barselona (İspaniya) - Milan (İtaliya) - 3:1
Qollar: Messi, 30-pen; 83, Buskets, 40 - Pike, 45+1-öz qapısına.
1 | Barselona | 4 | 3 | 1 | 0 | 9 | 2 | +7 | 10 |
2 | Milan | 4 | 1 | 2 | 1 | 5 | 5 | 0 | 5 |
3 | Ayaks | 4 | 1 | 1 | 2 | 3 | 7 | –4 | 4 |
4 | Seltik | 4 | 1 | 0 | 3 | 2 | 5 | –3 | 3 |