Azərbaycan Universiadanın açılış mərasimində (FOTOLAR)
8 июля 2013 00:44

Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XXVII Dünya Unuversiadasının açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, yeni inşa olunmuş, 50 min tamaşaçı tutumu olan Kazan Arenada təşkil edilən mərasimdə Rusiya prezidenti Vladimir Putin, FİSU-nun prezidenti Klod Lui Qalyen, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və bir sıra digər rəsmi şəxslər iştirak ediblər.
Universiada iştirakçısı olan 170 dövlətin nümayəndə heyətlərinin arenaya daxil olması ilə davam edən mərasimdə Azərbaycan Respublikasının bayrağını Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, ağırlıqqaldıran Nicat Rəhimov aparıb.
Tədbirin bədii hissəsi 3D formatında təşkil edilib və bunun üçün stadiona toplaşmış tamaçamların hamısına 3D eynəklərİ paylanmışdı. Bədii hissə zamanı Rusiya tarixi, mədəniyyəti və uğurları nümayiş olunub. Ümumiyyətlə yüksək səviyyədə təşkil edilmiş mərasimi Olimpiya oyunlarının açılış mərasimləri ilə müqayisə etmək olar.
Mərasimin sonunda Rusiya prezidenti Vladimir Putin və FİSU-nun prezidenti Klod Lui Qalyen çıxış edərək yarış iştirakılarına uğurlar arulayıblar.
Şounun sonunda FİSU-nun bayrağı arenaya gətirilərək təşkilatın himni nin sədaları altında yüksəldilib.
İdmançılar adından Olimpiya çempionu Aliyə Mustafina, hakimlır adından isə üçqat Olimpiya çempionu Yevgeni Sadov and işiblər.
Rusiya prezidentinin yarışları açıq elan etməsindən sonra Universiadanın məşəli yandırılb. Məşəli Rusiyanın məşhur idmançıları - hokeyçi Nail Yaqubov, voleybolçu Yekaterina Qamova, paralimpiyaçı İrek Zaripov və çüdoçu Tahir Haybulayev alovlandrıblar.