Azərbaycan Olimpiadada artıq ikinci qızıl medalını qazandı (YENİLƏNDİ)
15 avqust 2010 15:30
Yeniyetmələr arasında keçirilən Olimipadanın il günündə Azərbaycan idmançıları iki qızıl medal qazana bilər. Azerisport.az xəbər verir ki, ilk növbədə mübarizəyə yunan-Roma güləşçiləri başladılar və hər ikisi də finala çıxdılar.
Murad Bazarov (42 kq) Ukrayina təmsilçisi Aleksey Zabski və ekvadorlu Henri Pilay üzərində qələbə əldə edərək finala vəsiqə qazandı. Finalda Qazaxtandan olan Akan Baymaqanbetovla qarşılaşan Bazarov qalib gəldi və bununla da Azərbaycanın tarixinə yeniyetmələr arasında keçirilən Olimpiadada ilk qızıl medalı qazanan idmançısı kimi düşdü.
Elman Muxtarov (50 kq) isə belorusiyalı Andrey Pikuza və kubalı Yohan Rodriqesi məğlub etdi. Finalda isə Muxtarov Özbəkistan idmançısı Nurbəy Xankirovdov ilə qarşılaşdı və qəlbə qazanaraq Azərbaycana ikimci qızıl medal gətirdi. .