Əlizadə və İsayev gümüşlə kifayətləndilər (YENİLƏNDİ)
25 avqust 2010 12:27
Bu gün iki azərbaycanlı boksçu Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada final görüşlərini keçirdilər.
Azerisport.az xəbər verir ki, ilk öncə Səlman Əlizadə (48 kq) irlandiyalı Rayan Barnetlə görüşdü. Hesab 13:6 irlandiyalı boksçunun xeyirinə bitdi.
Həmçini, bu gün Elvin İsayev (57 kq) Almaniya təmsilçisi Artur Brillə qarşılaşaraq ona 11:4 hesabı ilə məğlub oldu və bununla da ancaq gümüş medala sahib ola bildi.