Cəlilov medalsız qaldı
21 avqust 2010 12:18
Azərbaycanlı cüdoçu Cəlil Cəlilov (66 kq) Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada uğursuz çıxış etdi.
Azerisport.az xəbər verir ki, ilk görüşdə idmançımız andorralı Patrik Ferreyra Martinslə qarşılaşaraq ippon fəndi ilə qalib gəldi. Növbəti rəqib ABŞ təmsilçisi Maksimiliam Şneyderə Cəlilov məğlub oldu.
Lakin məğlubiyyətə baxmayaraq idmançımızın bürünc medal uğrunda mübarizə aparmaq üçün şansı ola bilərdi. İlk təsəlli görüşdə o Danimarka təmsilçisi Puç Çai ilə qarşılaşdı. Görüş danimarkalının xeyirinə bitdi və bununla da idmançımız Sinqapurdaki çıxışını başa vurdu.