Leroy Corc: Qarabağın səviyyəsi çempionluqdan danışmağa imkan yaradır
1 сентября 2013 15:52

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasındakı çıxışınızı başa vurdunuz və yəqin ki, bundan sonra bütün gücünüzü milli çempionata ayıracaqsız. Premyer Liqadakı şanslarınızı necə qiymətləndirirsiz?
- Biz oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırıq. Fikrimcə, “Qarabağ” çox yaxşı oyun sərgiləyir. Bu üzdən çempion olmaq şansımız çoxdu. Komandanın səviyyəsi mənə bunu deməyə imkan verir.

- Almaniyada “Eintrahct”a bir qol vura bilsəz də, yenə məğlubiyyətlə üzləşdiniz. Buna nə səbəb oldu?
- Fikrimcə, “Eintracht”la hər iki oyunumuz eyni ssenari ilə keçdi. Səfərdə də erkən qol buraxdıq. Halbuki, bu oyunda erkən qolu biz vurmaq istəyirdik. Əlbəttə, artıq ondan sonra nəyisə dəyişmək çox çətin idi. Amma biz yenə də sona qədər çalışdıq. Birinci hissədə çox şansımız olmadı. Yalnız Vüqar Nadirovla Nikolas Gelaşvilinin 2-3 zərbəsini qeyd etmək olar. Amma Bakıdakı oyunda olduğu kimi, Frankfurtda da ikinci hissəni daha yaxşı keçirdik. Çoxlu qol vəziyyətlərimiz oldu ki, onların da yalnız birindən yararlana bildik.

- Qurban Qurbanov fasilədə sizə nə dedi ki?
- O, sadəcə daha inamlı olmağı, pressinq tətbiq etməyi, qol vurmağı tapşırdı. Biz də daha yaxşı oynamağa çalışdıq. Lakin təəssüf ki, bu, mərhələ keçməyimiz üçün yetərsiz oldu.

- Reynaldo məhz sizin ötürmənizdən sonra möhtəşəm qola imza atdı...
- O, yüksək səviyyəli futbolçudu. Reynaldo öz bacarığını ilk dəfə deyildi göstərirdi. Onun həmin zonaya açılacağını bilirdim və bu üzdən topu ora göndərdim. Doğrudan da hər şey çox gözəl alındı.
- Komandanın yaxşı oyun sərgilədiyi halda məğlub olması çox üzücüdü?
- Biz məğlubiyyətə layiq deyildik. Mərhələ keçəcəyimizə də çox inanırdıq. Amma biz öz oyunumuzla ən azından “Qarabağ”ın kiçik klub olmadığını isbatladıq. Sadəcə, rəqibimiz çox səviyyəli komanda idi.