Portuqaliya və Almaniya da pley-offda! (YENİLƏNİB)
18 iyun 2012 01:35
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin onuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Üçüncü turun ikinci oyun günü B qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan Almaniya Danimarka, Portuqaliya isə Hollandiya ilə qarşılaşıb. Hər iki qarşılaşmaya maraq kifayət qədər yüksək idi. Çünki bütün komandaların növbəti mərhələyə çıxmaq şansları qalmaqdaydı.
Lakin sonda gülən tərəf Almaniya ilə Portuqaliya olub. Hər iki xoşbəxt komanda rəqibi üzərində 2:1 hesablı qələbə ilə pley-offa vəsiqəni rəsmiləşdirib.
AÇ-2012
Qrup mərhələsi
B qrupu
17 iyun
PORTUQALİYA – HOLLANDİYA - 2:1 (1:1)
Qollar: Van der Vaart, 11 (0:1), Ronaldo, 28 (1:1), Ronaldo, 74 (2:1)
Ukrayna. Xarkov. “Metallist” stadionu.
Baş hakim: Nikola Ritsoli (İtaliya).
PORTUQALIYA: Ruy Patrisio, B.Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo, Moutinyo, R.Meyreleş (Kustodio, 72), Ronaldo, Nani (Rolando, 87), Poştiqa (Oliveyra, 64).
HOLLANDİYA: Stekelenburq, Van der Vil, Mateysen, Vlaar, Villems (Afellay, 68), De Yonq, Sneyder, Van der Vaart (k), Robben, Huntelaar, Van Persi.
DANİMARKA – ALMANİYA - 1:2 (1:1)
Qollar: Podolski, 19 (0:1), Kron-Deli, 24 (1:1), Bender, 80 (1:2)
Ukrayna. Lvov. “Lvov Arena”.
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).
DANİMARKA: Andersen, Kyaer, Agger (k), S.Poulsen, Yakobsen, Kvist, Eriksen, Y.Poulsen (Mikkelsen, 82), Zimlinq (K.Poulsen, 79), Kron-Deli, Bendtner.
ALMANİYA: Noyer, Hummels, Badştuber, Lam (k), Şvaynştayger, Xedira, M.Özil, T.Müller (Kroos, 84), Bender, Podolski (Şürle, 64), Qomes (Kloze, 74).
Almaniya
|
3
|
3
|
0
|
0
|
5-2
|
9
|
Portuqaliya
|
3
|
2
|
0
|
1
|
5-4
|
6
|
Danimarka
|
3
|
1
|
0
|
2
|
4-5
|
3
|
Hollandiya
|
3
|
0
|
0
|
3
|
2-5
|
0
|