Almaniya Avropa çempionu olacaq
28 iyun 2012 00:06
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, Avropa çempionatını hansı komanda qazanacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi kifayət qədər maraqlıdı.
Bəribaşdan qeyd edək ki, sorğuya 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olan gündən etibarən start vermişdik. Nəzərə alsaq ki, artıq həmin yığmalardan dördü – Çexiya, Yunanıstan, İngiltərə və Fransa artıq turnirdəki çıxışını başa vurub, bu komandalara az səs verilməsi də normaldı.
Yerdə qalan dörd yığmadan daha çox ümid bəsləniləni isə Almaniyadı. Yoahim Lövün komandasının Avropa çempionu olacağına respondentlərin 34 faizi (403 səs) inanır. Almaniyanın yarımfinaldakı rəqibi İtaliyanın uğur qazanacağına ümid edənlər isə 17 faiz (199 səs) təşkil edirlər.
Digər yarımfinal cütünə gəlincə, İspaniyanın yenidən qitə birincisi olmasına güvənənlər 22 faiz təşkil edirlər – 267 səs. Portuqaliyanın sürprizə imza atmasını gözləyənlər isə 16 faizdi (196 səs).