İtaliya və İspaniya da 1/4 finalda! (YENİLƏNİB)
19 iyun 2012 01:37
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 11-ci oyun günündə də iki qarşılaşma baş tutub.
Qrup mərhələsinin üçüncü oyun günü C qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İspaniya Xorvatiya, İtaliya isə İrlandiya ilə qarşılaşıb. Hər iki qarşılaşmaya maraq kifayət qədər böyük idi. Çünki İrlandiya istisna olmaqla, qalan komandaların növbəti mərhələyə çıxmaq şansları qalmaqdaydı. İtaliya son turda mütləq qələbə qazanmalıydı ki, buna nail ola bilib. Lakin Xorvatiya eyni uğuru təkrarlaya bilməyib. Hətta heç-heçə ilə də növbəti mərhələyə çıxmaq imkanına malik olan ispanlar son dəqiqələrdə vurulan qolla pley-offa lider kimi çıxıblar. Bununla həm də ispanlarla xorvatların italyanları qəsdən qrupda saxlayacaqlarına dair söhbətlərə də son qoyulmuş olub.
AÇ-2012
Qrup mərhələsi
C qrupu
18 iyun
XORVATİYA – İSPANİYA - 0:1 (0:0)
Qol: X.Navas, 88 (0:1)
Polşa. Qdansk. “Qdansk Arena”.
Baş hakim: Volfqanq Ştark (Almaniya).
XORVATİYA: Pletikoşa, Striniç, Çorluka, Şildenfeld, Vida (Yelaviç, 66), Pranyiç (Perişiç, 66), Rakitiç, Vukoyeviç (Eduardo, 81), Modriç, Srna (k), Mandjukiç.
İSPANİYA: Kasilyas (k), Pike, S.Ramos, Arbeloa, Alba, İnyesta, Xavi, Xabi Alonso, Buskets, Silva (Fabreqas, 73), Torres (Xesus Navas, 61).
İTALİYA – İRLANDİYA - 2:0 (0:0)
Qollar: Kassano, 35 (1:0), Balotelli, 90 (2:0).
Qırmızı vərəqə: Endryus, 89.
Polşa. Poznan. “Meyski” stadionu.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
İTALİYA: Buffon (k), Kyellini (Bonuççi, 57), Balsaretti, Abate, Bardzalyi, Motta, Markizio, De Rossi, Pirlo, Kassano (Diamante, 63), Di Natale (Balotelli, 74).
İRLANDİYA: Given, Sent-Lecer, Uord, O`Şi, Dann, Uilan, Makqidi, Endryus, Daff (k), Doyl (Uolters, 76), R.Kin (Koks, 86).
İspaniya
|
3
|
2
|
1
|
0
|
6-1
|
7
|
İtaliya
|
3
|
1
|
2
|
0
|
4-2
|
5
|
Xorvatiya
|
3
|
1
|
1
|
1
|
4-3
|
4
|
İrlandiya
|
3
|
0
|
0
|
3
|
1-9
|
0
|