Azad Rəhimovdan final proqnozu
30 iyun 2012 12:27
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb. Azerisport.az xəbər verir ki, o, İtaliya və İspaniya yığmalarının üz-üzə gələcəyi həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mən yenə də İtaliya yığmasına azarkeşlik edirəm. Bu komanda Almaniya ilə oyunda layiqli mübarizə apardı və qələbə qazandı. İndi sadəcə final oyunu qalıb. Fikrimcə, həlledici oyunda da qələbə İtaliya yığmasına qismət olacaq”.

Qeyd edək ki, Azad Rəhimov yarımfinal mərhələsinin Almaniya – İtaliya matçı ilə də bağlı düzgün proqnoz vermişdi. İtaliya millisi AÇ-nin əsas favoritlərindən olan Almaniyanı 2:1 hesabıyla yenmişdi.