Azərbaycanın 5 atleti 8 illik diskvalifikasiya olundu
13 iyun 2016 00:30

Beynəlxalq ağır atletika federasiyası (IWF) dopinq testində ilişən xeyli idmançını cəzalandırıb. Azerisport.az xəbər verir ki, onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Bunlar Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov (2023-cü ilə qədər diskalifikasiya olunublar), eləcə də Dadaş Dadaşbəylidir (2019-cu ilə qədər cəzalanıb).
Qeyd edək ki, onların hamısı ötən il Hyustonda keçirilən dünya çempionatında dopinq testində ilişiblər. Bu üzdən də cəza 2015-ci ilin dekabr ayından hesablanır.