Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm
17 iyul 2016 14:00

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu. O, Pekin Olimpiadasında dopinqli halda yarışmaqda ittiham olunur.
Ancaq Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) hələ yekun qərarını verməyib. Azerisport.az saytına açıqlama verən Həsənov özünü günahsız sayır:
"Bu xəbəri eşidəndə şoka düşdüm. Axı mən 8 il əvvəl təmiz çıxmışdım. Olimpiadaya yollanmazdan əvvəl 3 dəfə dopinq-testdən keçdim. Bu analizlərin heç birində orqanizmimdə dopinq aşkarlanmadı. Bilmirəm, indi bu qərarın çıxarılmasında başqa məqsədlər var, ya yox. Hazırda məşq etmirəm. İWF-nin yekun qərarını gözləyirəm".