IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi
23 iyun 2016 12:00

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib. Azerisport.az xəbər verir ki, bu cəzalardan Azərbaycan yığması da kənarda qalmayıb.
Belə ki, IWF Azərbaycanı iki lisenziyadan məhrum edib. Bunlardan biri kişi, digəri isə qadın yığmamıza aiddir. Belə olan halda Azərbaycan ağırlıqqaldıranları olimpiadada cəmi 3 kişi idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, belə sərt qərarların verilməsinə səbəb yığmamızın bir neçə üzvünün dopinqdə ilişməsidir. Bunlar Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov, Dadaş Dadaşbəyli və Boyanka Kostovadır.