İngiltərə və Fransa sülh bağladı, Ukrayna qələbə ilə başladı (YENİLƏNİB)
12 iyun 2012 01:39
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin dördüncü oyun günündə də iki qarşılaşma baş tutub.
D qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İngiltərə ilə Fransa bir-biri ilə qarşılaşıb. Favoritlər ilk oyunlarında xal bölgüsünə razılaşıblar. Qrupun digər görüşü isə turnirin ev sahiblərindən olan Ukrayna ilə İsveç arasında keçirilib. Şevçenkonun dubla imza atdığı görüşdə ukraynalılar rəqibi üzərində əzmkar qələbəyə seviniblər.
AÇ-2012
Qrup mərhələsi
D qrupu
11 iyun
FRANSA – İNGİLTƏRƏ - 1:1 (1:1)
Qollar: Leskott, 30 (0:1), Nasri, 39 (1:1)
Ukrayna. Donetsk. “Donbass Arena”.
Baş hakim: Nikola Ritsoli (İtaliya).
FRANSA: Lyoris (k), Debuşi, Evra, Rami, Mekses, Kabay (Ben-Arfa, 84), Riberi, Nasri, Maluda (Martin, 84), Diarra, Benzema.
İNGİLTƏRƏ: Hart, Conson, E.Koul, Terri, Leskott, Cerard (k), E.Yanq, Milner, Parker (Henderson, 78), Oksleyd-Çemberlen (Defo, 77), Uelbek (Uolkot, 90).
UKRAYNA – İSVEÇ - 2:1 (0:0)
Qollar: İbrahimoviç, 52 (0:1), Şevçenko, 55 (1:1), Şevçenko, 62 (2:1)
Ukrayna. Kiyev. Olimpiya stadionu.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
UKRAYNA: Pyatov, Selin, Xaçeridi, Mixalik, Timoşuk (k), Qusev, Yarmolenko, Nazarenko, Konoplyanka (Deviç, 90+2), Şevçenko (Milevski, 82), Voronin (Rotan, 85).
İSVEÇ: İsaksson, Lustiq, Mellberq, Qrankvist, M.Olsson, Elm, S.Larsson (Vilhelmsson, 68), Kellstrem, İbrahimoviç (k), Toyvonen (Svensson, 62), Rozenberq (Elmander, 71).