AÇ-2012-də dubla imza atan futbolçunu cəza gözləyir (FOTO)
14 iyun 2012 17:56
Futbol üzrə Danimarka milli komandasının futbolçusu Niklas Bendtner UEFA tərəfindən cəzala bilər. Azerisport.az xəbər verir ki, 24 yaşlı hücumçu AÇ-2012-nin Portuqaliya yığması ilə oyun zamanı vurduğu qoldan sonra reklam xarakterli hərəkətə yol verib.
O, 2:3 hesabı ilə uduzduqları görüşdə dubl etdikdən sonra formasını qaldırıb-şortunu endirərək, alt paltarının üzərindəki bukmeyker kontorunun adını tribunalar və televiziya ekranları qarşısında nümayiş etdirib. Lakin UEFA qaydalarına əsasən, Avropa çempionatında geyilən formaların üzərində heç bir sponsorun adı əks olunmamalıdı.
Qurumun marketinq departamentinin əməkdaşları çempionatda bu qaydaya nə dərəcədə əməl olunduğunu müəyyənləşdirmək üçün hər bir oyunu izləyir. İndi Bendtnerin bu hərəkətinə görə hansı cəzanın veriləcəyi maraqla gözlənilir.