302 kq təmsilçimizin medal qazanmasına kifayət etmədi
8 aprel 2010 00:18
Azərbaycan ağır atleti Sərdar Həsənov (80 kq) Minskdə keçirilən Avropa çempionatında 5-ci yeri tutub. Azerisport.az xəbər verir ki, 302 kq (135 təkansız + 167 təkanla) nəticə göstərən Həsənovun uğursuzluğunda baş məşqçinin də günahı var idi. Bu çəki dərəcəsində birinci yerə rumıniyalı ağırlıqqaldıran Ninel Nikulesku 333 kq (153+180) çıxıb.