2-ci yer, 2 kq, 2 medal
10 aprel 2010 21:20
Minskdə keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı Azərbaycan yığması üçün uğurla bitib. Azerisport.az xəbər verir ki, 94 kq-da mübarizə aparan Rövşən Fətullayev 390 kq (175 kq təkansız + 215 təkanla) nəticə göstərərək, ikinci olub. Təəssüf doğuran məqam odur ki, təmsilçimiz qızıl medalçı polşalı Arsen Kasabiyevdən cəmi 2 kq az nəticə göstərib.
Bu, Azərbaycan yığmasının qitə birinciliyində qazandığı ikinci medal olub. Buna qədər 62 kq çəki dərəcəsində Zülfüqar Süleymanov bürünc medala layiq görülmüşdü.