Avropa birinciliyində ən yaxşı nəticəmiz 5-ci yer oldu
29 noyabr 2010 18:18

Kiprin Limassol şəhərində keçirilən gənclərin Avropa birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, Xanlar Nəbiyevin başçılıq etdiyi yığma komandamız ilk dəfə olaraq qitə birinciliyində 7 atletlə təmsil olunub. Nəticələri diqqətinizə çatdırırıq:
23 yaşa qədər:
56 kq Alıyev Elmar 227 kq (97 kq +130kq) V yer
62 kq Hədisov Hədis 225 kq (105 kq+ 120 kq) VII yer
94 kq Əhmədov Xosrov 307 kq (136 kq + 171 kq) XI yer
20 yaşa qədər:
62 kq Nəbiyev Rauf 0 kq (105kq + 0)
77 kq Abdullayev Cəlil 285 kq (130 kq + 155 kq) XI yer
85 kq Nəbiyev Nailxan 327 kq (147 kq + 180 kq) VI yer
85 kq Əliquluzadə Orxan 310 kq (135 kq + 175 kq) IX yer