Nicat Rəhimov yeni Azərbaycan rekorduna imza atdı
20 dekabr 2010 13:14

Ağır atletika üzrə Azərbaycan kuboku yarışının ilk günündə yeniyetmə atletlərin çıxışları başa çatıb. Azerisport.az xəbər verir ki, yeniyetmələr arasında mütləq çempion adını 381.1 xalla Nicat Rəhimov qazanıb.
Firudin Quliyev 374.1 xalla ikinci, Əliquluzadə Elxan isə 369.3 xalla 3-cü yerə çıxıb. Nicat Rəhimov, Elxan Əliquluzadə və İbrahimli Paşa öz çəki dərəcələrində yeni Azərbaycan rekordlarını təzələyiblər.