Azərbaycan millisi AÇ üçün heyətini açıqladı
5 aprel 2011 15:40

2011-ci ilin aprel ayında keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, komandamız Rusiyanın Kazan şəhərində təşkil olunan yarışa 7 idmançı ilə yola düşəcək.
Qitə birinciliyində ölkəmizi təmsil edəcək idmançıların tam siyahısı isə belədi: Cəmilov Namiq, Alıyev Elmar, Həsənov Sərdar, Rumyana Petkova, Dolqova Yuliya, Anqelova Silviya, Rzayeva Səbinə.
Maraq üçün qeyd edək ki, yarışlar aprel ayının 11-18-i aralığında keçiriləcək.