Millimiz bu gün DÇ-də ilk sınağına çıxır
10 may 2011 01:44

Bu gün - mayın 10-da Perunun paytaxtı Limada ağır atletika üzrə gənclər arasında dünya çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, bu yarışda Azərbaycanı 9 idmançıdan ibarət yığmamız təmsil edəcək.
Baş məşqçi Nizami Paşayevin rəhbərlik etdiyi yığmanın heyətində podiuma Məhəmməd Seyidov, Allahyar Abışov (hər ikisi 50 kq), Valentin Xristov, Paşa İbrahimli (56 kq), Elxan Əliquluzadə (62 kq), Tofiq Allahverdiyev, Firudin Quliyev (hər ikisi 69 kq), Turan Abdullayev (77 kq) və Mirhüseyn Hüseynov (85 kq) çıxacaqlar.
Yarış dörd günü davam edəcək və mayın 14-də yekun vurulacaq.