Rusev yığmanın baş məşqçisi olaraq qalır
21 may 2011 13:46
Azərbaycan ağır atletika federasiyasının icraçı direktoru İsgəndər Əsgərov bildirib ki, Yanko Rusev milli yığma komandanın baş məşqçisi postunda qalır: “Mən Rusevin qovulması ilə bağlı məlumat oxumuşam. Ancaq bu, həqiqətə uyğun deyil. Yığma məzuniyyətdədir, Rusev isə hələki komandaya rəhbərlik edir. Sabah nəyin baş verəcəyini isə heç kim deyə bilməz”, deyə Əsgərov azerisport.az-a müsahibəsində bildirib.