Azərbaycana qaçış diskvalifikasiya ilə nəticələnə bilər
24 may 2011 15:01
Bolqarıstan ağır atletika federasiyası 18 yaşlı bolqarıstanlı ştanqçı Boyanka Kostovanın diskvalifikasiyasına nail olmaq niyyətindədir.
Azerisport.az belə qərarın Kostovanın öz məşqçisi Luçezar Kişkilov ilə birgə könüllü olaraq Azərbaycana gəlməsi və ölkəmizi təmsil etmək istəyi ilə bağlı olduğunu xəbr verir. Bolqarıstan ağır atletika federasiyanın prezidenti Nedelço Kolev və Bolqarıstan idman naziri Svilen Neykov idmançı və məşqçisinin bu istəyi barədə məlumatlandırılmadığından Kostovanın iki il müddətində Azərbaycanı təmsil etməsinə yasaq əldə etmək niyyətindədirlər.