Azərbaycan Yay Universiadasında 1 idmançıyla təmsil olunur
13 avqust 2011 00:18

12-26 avqust tarixləri arasında Çinin Şenjen şəhərində 26-cı Yay Universiadası keçiriləcək. Azerisport.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanı ağır atletika idman növündə Nicat Rəhimov təmsil edəcək.
Avropa və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi olan 17 yaşlı idmançımız 69 kq çəki dərəcəsində mübarizə aparacaq.