Yığma komandamız Avropa çempionatına dörd idmançı ilə yollandı
12 sentyabr 2011 14:48

Azərbaycanın Ağır Atletika yığması növbəti mötəbər turnirinə yola düşüb. Azerisport.az xəbər verir ki, sentyabr 18-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində yeniyetmələr və yaşı 23-ə qədər olan gənclər arasında Avropa çempionatı keçiriləcək.
Azərbaycan ağırlıqqaldırma milli komandası bu turnirdə dörd nəfər idmançı ilə təmsil olunacaq. Bunlar 62 kq-da Rauf Nəbiyev (AZAL İdman Klubu), 69 kq-da Firudin Quliyev (“Zirvə” İdman Klubu), 77 kq-da Kamran İsmayılov (“Zirvə” İdman Klubu) və 85 kq-da Mirhüseyn Hüseynovdu (“Zirvə” İdman Klubu). Milli komanda Xanlar Nəbiyevin rəhbərliyi altında yarışa yollanacaq.
Bu mütəxəssislə yanaşı, Rumıniyaya daha tanınmış idmançımız da gedəcək. Dünya və Avropa çempionu, məşhur ağır atlet və məşqçimiz, “Zirvə” İdman Klubunun baş məşqçisi olan Hafiz Süleymanov da milli komandamızın yanında olacaq, öz dəstəyini verəcək.