İdmançımız AÇ-də 4-cü yeri tutdu
13 sentyabr 2011 19:08

Rumıniyanın Buxarest şəhərində gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yığmamızın daha bir üzvü – Kamran İsmayılov da mübarizəyə qoşulub.
77 kq çəki dərəcəsində B qrupunda yarışan atletimiz birdən qaldırmada 125 kq nəticə göstərib. Kamran əvvəlcə 120 kq-ı qaldırıb, daha sonra sifariş verdiyi 124 kq-ın öhdəsindən gələ bilməyib. Ruhdan düşməyən idmançımız 125 kq-ı qaldıraraq bu növdə 4-cü olub.
Təkanla qaldırmada 150 kq-ı qaldıran İsmayılov, sonrakı çəki – 155 kq-lıq ştanqı iki cəhddə başı üzərinə qaldıra bilməyib. Bu növdə 5-ci olan Kamran, 275 kq nəticə ilə ümumi hesabda 4-cü yeri tutub.