Azərbaycan yığması məşqçilər şurasına tapşırıldı
16 sentyabr 2011 15:40

Qarşıdan gələn dünya çempionatında ağır atletika üzrə Azərbaycan yığmasına məşqçilər şurası rəhbərlik edəcək. Bu barədə azerisport.az saytına müsahibəsində Ağır Atletika Federasiyasının icraçı direktoru İskəndər Əsgərov məlumat verib.
Belə ki, yığmamıza bundan sonra Nizami Paşayev, Xanlar Nəbiyev, Məhsum Həsənov, Luçezar Kişkilov və Zlatan Vanevdən ibarət məşqçilər şurası rəhbərlik edəcək. Lakin bu, müvəqqətidi. Əsgərovun sözlərinə görə, mundialdan sonra yığmamıza yeni baş məşqçi təyin olunacaq.
Qeyd edək ki, sabiq baş məşqçi Yanko Rusevin gedişindən sonra millimiz başsız qalıb.