Azərbaycan dünya çempionatı üçün heyətini açıqladı
22 oktyabr 2011 14:44

Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandası noyabrda Parisdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, mundialda ölkəmizi 12 atlet təmsil edəcək.
Milli komandamızın heyətində Valentin Xristov (56 kq), Elxan Əliquluzadə (62 kq), Sərdar Həsənov, Əfqan Bayramov (hər ikisi 69 kq), Turan Mirzəyev (77 kq), Namiq Cəmilov, Nailxan Nəbiyev (hər ikisi 85 kq), İntiqam Zairov, Əlibəy Səmədov (hər ikisi 94 kq), Tornike Kokaya (105), Silviya Angelova (48 kq) və Yuliya Dovqal (75 kq) yer alıblar.