Daha iki idmançımız London Olimpiadası öncəsi testə yollandı
8 dekabr 2011 17:43

Xəbər verdiyimiz kimi, dekabrın 7-11-i tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turniri keçirilir. Azerisport.az xəbər verir ki, bu yarışda azərbaycanlı idmançılar da çıxış edəcəklər.
Kişilərdən İntiqam Zairov 94 kq çəki dərəcəsində, qadınlarda isə Yuliya Dovqal +75 kq çəki dərəcəsində mübarizə aparacaq. Turnirdə idmançılarımız məşqçilər Maqsum Həsənov və Xanlar Nəbiyevin rəhbərliyi altında çıxış edəcəklər. Ağır atletlərimiz London olimpiadasında ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayacaqlar.
Yarışlar cəmi dörd çəki dərəcəsində keçiriləcək: kişilərdə 94 və +105 kq, qadınlarda isə 69 və +75 kq.
İntiqam Zairov körpücük üzərində dekabrın 10-u, Yuliya Dovqal isə 11-də çıxacaq. Hər iki idmançımızın yarışları Bakı vaxtı ilə 20:00-da başlayacaq.