Londonda daha iki qızıl medal!
12 dekabr 2011 14:33

Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bu yarışda iştirak edən iki idmançımızdan biri – İntiqam Zairov 94 kq çəki dərəcəsində mübarizəyə qatılıb.
Ağır atletimiz böyük uğurla çıxış edərək qızıl medal qazanıb. İntiqam Zairov güclü rəqiblərini inamla məğlub edib.
İdmançımız birdən qaldırmada 171 kq çəkini qaldıraraq bu hərəkətdə birinci olub. Zairov təkanla qaldırmada 206 kq çəkini ram edib. Bu çəki qızıl medal üçün yetərli olduğundan idmançımız üçüncü cəhddən imtina edib.
Toplamda 377 kq nəticə göstərən idmançımız test yarışlarının qalibi adını qazanıb.
Bu yarışda iştirak edən ikinci idmançımız – Yuliya Dovqal da uğurla çıxış edərək qızıl medal qazanıb.
Birdən qaldırma hərəkətində əvvəlcə 110, sonra 113, sonda isə 117 kq-ı qaldıran və ən güclü olan Yuliya, təkanla qaldırmada cəmi iki yanaşma edib. Əvvəlcə 131 kq, sonra isə 138 kq-ı qaldıran Dovqal, qızıl medalı təmin etdiyinə görə üçüncü yanaşmadan imtina edib.
Toplamda 255 kq nəticə göstərən idmançımızı çempion adına layiq görülüb.
Kişilər, 94 kq.
1. ZAİROV İNTIQAM (AZƏRBAYCAN) – 377 kq (171 kq + 206 kq)
2. Li Binq (Çin) – 362 kq
3. Matam David (Fransa) – 355 kq
Qadınlar +75 kq
1. YULİYA DOVQAL (AZƏRBAYCAN) – 255 kq (117 kq + 138 kq)
2. Lidia Valentin (İspaniya) – 254 kq (117 kq + 137 kq)
3. Mami Şimamoto (Yaponiya) – 238 kq (105 kq + 133 kq)