Azərbaycan çempionatı İsmayıllıda
1 mart 2012 13:29

Ağır Atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, 10-12 mart tarixlərində ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Yarışlar İsmayıllı rayonunda təşkil olunacaq. Çempionatı izləmək istəyənlər İsmayıllı Rayon Olimpiya İdman Kompleksinə dəvət olunur.