Yığma komandamız Avropa çempionatında ciddi itki ilə üzləşdi
12 aprel 2012 13:04

Türkiyənin Antalya şəhərində ağır atletika üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, milli komandamızın böyük uğurlarla müşayiət olunan çıxışı ilə yanaşı təəssüfedici bir məqam da yaşanıb.
Belə ki, yığmamızın bir üzvü – Namiq Cəmilov zədələnib. 85 kq çəki dərəcəsində mübarizə aparmalı olan atletimiz məşqdə belindən zədələnib. Tibbi müayinədən sonra onun AÇ-də çıxış etməyəcəyi məlum olub.