Azərbaycanın AÇ-də növbəti medalı (FOTOLAR)
15 aprel 2012 14:26

Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, dünən körpücük üzərinə 94 kq çəkili İntiqam Zairov qalxıb.
Medal qazanmağa iddialılarımızdan olan Zairov böyük istəyinin güdazına gedib desək, yəqin ki yanılmarıq. İdmançımız birdən qaldırmada 170 kq-la başlamaq istəyib ki, nəticədə hər üç cəhdi boşa çıxıb. Təkanla qaldırmada isə İntiqam 205 və 213 kq-ı qaldırmaqla kiçik bürünc qazanıb. Həmyerlimizin 216 kq cəhdi isə alınmayıb.