Azərbaycan AÇ-də daha bir bürünc medal qazandı (FOTOLAR)
15 aprel 2012 17:23

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatına yekun vurulur. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvlərindən son olaraq körpücük üzərinə Yuliya Dovqal çıxıb.
O, çəkisi 75 kq-dan çox olan qadın idmançılarla mübarizə aparıb. Yuliya birdən qaldırmada 115, 120 və 123 kq-ı dəf edərək gümüş qazanıb. Təkanla isə ilk cəhddə 140 kq-ı qaldıran idmançımız, ikinci cəhddə boşa verdiyi 150 kq-ı üçüncüdə qaldırmaqla həm təkanla, həm də ümumi nəticədə bürünc medal qazanıb.