Dünya birinciliyinə iki idmançı ilə
8 may 2012 14:46
May ayının 6-dan başlayaraq Qvatemalanın Antiqua şəhərində ağırlıq qaldırma atletika idman növü üzrə gənclər arasında Dünya birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu yarışda 77 kq-da Rəhimov Nicat və 69 kq-da Quliyev Firidun təmsil edirlər.
İdmançılarla yarışa baş məşqçi Paşayev Nizami və Nurməmmədov Azad yollanıb. Yarış mayın 19-dək davam edəcək.
(GİN mətbuat xidməti)