Avropa çempionatında 1 qızıl, 1 gümüş medal
5 iyun 2012 12:19

Lənkəran Şəhər İdman Olimpiya Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün idmançılarımız üçün çox uğurlu olub. Milli komandamızın iki üzvü medal qazanaraq bayrağımızı yüksəltməyi bacarıb. Bibarsov İbrahim gümüş, Jilyayev Vladimir isə qızıl medala layiq görülüb.
Bu gün Avropa çempionatında növbəti yarış günüdü. Bu gün körpücük üzərində M-5 yaş qrupunun bütün çəki dərəcələri üzrə yarışlar keçiriləcək.