Avropa çempionatında daha bir gümüş medal
6 iyun 2012 14:01

Lənkəran Şəhər İdman Olimpiya Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün idmançılarımızdan daha biri uğura imza atıb.
Belə ki, milli komandamızın üzvü Qələndər Xıdırov gümüş medal qazanaraq bayrağımızı yüksəltməyi bacarıb.
Bu gün Avropa çempionatında 5-ci yarış günüdü. Dünənə qədər Azərbaycan milli komandası 1 qızıl və 2 gümüş medal qazana bilib. Bu gün isə daha 3 yarış sessiyası baş tutacaq. İlk 2 sessiyada qadın atletlər qüvvələrini sınayacaqlar.