Avropa çempionatında bir gündə 4 qızıl medal!
6 iyun 2012 18:51

Lənkəran şəhər İdman Olimpiya Kompleksində keçirilən veteran ağır atletlər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə 5-ci yarış günüdü.
Məlum olduğu kimi, dünənə qədər Azərbaycan milli komandası 1 qızıl və 2 gümüş medal qazana bilmişdi. Bu gün daha 3 yarış sessiyası baş tutub. İlk iki sessiyada qadın atletlər qüvvələrini sınayıblar. Qadın atletlərimiz gözəl mübarizə apararaq birdən-birə 4 qızıl medal qazanıblar.
Səbinə Rzayeva, Təranə Abbasova, Xatirə Şahverdi və İradə Qədirova öz yaş qrupu və çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.