Avropa çempionatında daha 2 medal qazandıq
7 iyun 2012 17:48

Lənkəran Şəhər Olimpiya Kompleksində keçirilən veteran Ağır Atelətlər arasında Avropa çempionatı tam sürətlə davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması 6-cı yarış günündə də uğurlu nəticə qazanıb.
Belə ki, millimizin üzvləri bir gümüş, bir bürünc medal qazanıblar. Sahib İsgəndərov gümüş medal qazandığı halda, Namiq Ağayev bürünc medalla kifayətlənib.
Qeyd edək ki, bu günə qədər yığmamızın hesabında 7 qızıl, 2 gümüş medal var idi. Bu günkü nəticələrdən sonra ümumi medal sayımız 11-ə çatıb.