Azərbaycan üçün Avropa çempionatında daha üç medal
8 iyun 2012 19:08

Lənkəran Şəhər Olimpiya Kompleksində keçirilən veteran Ağır Atelətlər arasında Avropa çempionatı tam sürətlə davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması 7-ci yarış günündə də uğurlu nəticə qazanmağı bacarıb.
Belə ki, millimizin üzvləri üç gümüş medal qazanıblar. Bu uğura Asif Məlikov, Telman Muştaqov və Əli Cavadov imza atıblar.
Qeyd edək ki, bu günə qədər yığmamızın hesabında 7 qızıl, 3 gümüş, 2 bürünc medal var idi. Bu günkü nəticələrdən sonra ümumi medal sayımız 15-ə çatıb.