Avropa çempionatını 25 medalla başa vurduq
10 iyun 2012 01:50

Lənkəran Şəhər Olimpiya Kompleksində keçirilən veteran Ağır Atelətlər arasında Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması sonuncu - 8-ci yarış günündə də uğurlu nəticə qazanmağı bacarıb.
Belə ki, millimizin üzvləri bir günə düz 10 medal qazanıblar. Bunlardan yeddisi qızıl, üçü gümüş, biri isə bürünc olub.
Nizami Zeynalov, Aftandil Hümbətli, Zəfər Tağıyev, Natiq Həsənov, Əhməd Şabhazov, İsmayıl Tağıyev və Emil Əliyev baş mükafata sahib çıxıblar. Eldəniz Əhmədov, Emin Əkbərov və Ağakərim Kərimov ikinciliklə kifayətləniblər. Murad Nəsrullayev isə bürünc qazanıb.
Qeyd edək ki, bundan öncə yığmamızın hesabında 7 qızıl, 6 gümüş, 2 bürünc medal var idi. Son günün nəticələrindən sonra ümumi medal sayımız 25-ə çatıb.